Şagirdlərə oxuma vərdişlərini təşviq edən, kitabların dünyası ilə tanış olmasına şərait yaradan və kitabların əhəmiyyətini izah etmək məqsədi daşıyan mühit
Kaspi Ağ Şəhər liseyinin Azərbaycan bölməsinin 1-ci sinif şagirdləri kitabxanaçı Gülnarə Mehdiyevanın təşkilatçılığı ilə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya ediblər. Şagirdlər kitabxana ilə yaxından tanış olub və müxtəlif bölmələr barədə məlumat alıblar.
Kitabxana əməkdaşları şagirdlərə kitabxananın yaranma tarixi, əhəmiyyəti və burada tətbiq olunan qaydalar haqqında ətraflı məlumat veriblər. Həmçinin əməkdaşlar şagirdlərə “20 noyabr Ümumdünya Uşaq Hüquqları Günü”nün önəmi və bu tarixin dünya üzrə uşaq hüquqları məsələlərinə diqqət çəkilməsi ilə bağlı məlumat çatdırıblar.
Liseyin kitabxanaçısı bildirir ki, şagirdlər üçün mütəmadi olaraq kitabxanalara ekskursiyalar təşkil olunur: “Kitabxana yalnız kitabların saxlandığı yer deyil, həm də oxucuların məlumat əldə etməsi, öyrənməsi, müxtəlif mədəniyyətlərlə tanış olması və yaradıcılığını inkişaf etdirməsi üçün zəngin məkandır. Kitabxanalar eyni zamanda, şagirdlərə oxuma vərdişlərini təşviq edən, kitabların dünyası ilə tanış olmasına şərait yaradan və kitabların əhəmiyyətini izah etmək məqsədi daşıyan ekskursiyalar təşkil etmək üçün çox əlverişli mühitdir”.
Ekskursiya zamanı şagirdləri maraqlandıran suallar cavablandırılıb. Ekskursiyanın sonunda xatirə şəkli çəkilib.
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.