XI sinif şagirdləri ilə görüş keçirilib

XI sinif şagirdləri ilə görüş keçirilib

XI sinif şagirdləri ilə görüş keçirilib

Şagirdlərin ali məktəbə qəbul mərhələsinə daha məqsədyönlü şəkildə hazırlaşmasına xidmət

2025-ci ilin payız tədris dövrü çərçivəsində Kaspi Ağ Şəhər Liseyində Azərbaycan və Rus bölmələrinin XI sinif şagirdləri ilə geniş tərkibli görüş keçirilib. Görüşdə Kaspi Təhsil Şirətinin təsisçisi Sona Vəliyeva, Kaspi Təhsil Şirkətinin baş icraçı direktoru Elşən Əliyev, liseylər üzrə baş direktor Sahil Əliyev və Kaspi Ağ Şəhər Liseyinin direktoru Həsən Həsənov iştirak ediblər.

Tədbir liseyin pedaqoji heyəti, şagirdləri və valideynlərinin iştirakı ilə səmimi və maarifləndirici mühitdə baş tutub.

“Görüşün əsas məqsədi buraxılış siniflərinin imtahan nəticələrinin təhlili, şagirdlərin ali təhsil istiqamətləri üzrə seçimləri, həmçinin onların gələcək peşə və həyat planları ilə bağlı məsələlərin müzakirəsi idi. Tədbir iştirakçıları arasında aparılan dialoq şəklində müzakirələr zamanı şagirdlərin təhsil nəticələrinin sistemli şəkildə izlənilməsi, onların fərdi potensialının üzə çıxarılması və bu istiqamətdə tədris prosesində tətbiq olunan innovativ yanaşmalar haqqında ətraflı məlumat verildi”- deyə liseydən verilən məlumatda qeyd edilir.

Çıxış edənlər vurğulayıblar ki, Kaspi Təhsil Şirkəti və onun nəzdində fəaliyyət göstərən liseylərdə əsas məqsəd yalnız bilik vermək deyil, həm də şəxsiyyət yönümlü təhsil modelinin formalaşdırılması, düşünən, analiz edən və məqsədyönlü gənclərin yetişdirilməsidir: “Buraxılış siniflərinin nümayəndələri ilə aparılan bu görüşlər isə tədris prosesinin elmi-praktik istiqamətdə təkmilləşdirilməsinə, eləcə də şagirdlərin ali məktəbə qəbul mərhələsinə daha məqsədyönlü şəkildə hazırlaşmasına xidmət edir”.

Tədbir zamanı həmçinin şagirdlərin motivasiya səviyyəsinin artırılması, düzgün ixtisas seçiminin əhəmiyyəti, müasir əmək bazarının tələbləri və gələcəkdə peşə yönümünün planlaşdırılması kimi məsələlərə də toxunulub. Qeyd olunub ki, təhsil təkcə bilik toplamaq prosesi deyil, həm də dəyərlərin formalaşması, sosial məsuliyyətin inkişafı və müstəqil düşüncə qabiliyyətinin aşılanması mərhələsidir.

Görüşün sonunda Sona Vəliyeva şagirdlərə öz gələcək planlarını dəqiq müəyyənləşdirməyi, qarşılarına qoyduqları məqsədlərə sistemli şəkildə irəliləməyi, eləcə də elmə, mədəniyyətə və insanlıq dəyərlərinə sadiq qalmağı tövsiyə edib. Tədbir iştirakçıları belə görüşlərin gənclərin maariflənməsi və motivasiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız