Balacalar səhnəyə çıxaraq onları xoşbəxt edən şeylər haqqında fikirlərini böyük həvəs və özünəinamla paylaşıblar.
Kaspi Ağ Şəhər liseyinin Kembric bölməsinin 1H sinfinin şagirdləri məktəbin zalında sevinc, gülüş və enerji dolu bir ab-hava yaradıblar.
Balacalar səhnəyə çıxaraq onları xoşbəxt edən şeylər haqqında fikirlərini böyük həvəs və özünəinamla paylaşıblar.
Liseydən verilən məlumat görə, uşaqlar şən mahnılar səsləndirib, “Happy” mahnısına ritmik, coşqun bir rəqs təqdim ediblər: “Tədbir boyu uşaqlar birlikdə həm əyləndilər, həm də unudulmaz anlar yaşadılar. Sonda isə şagirdlər və valideynlər maraqlı bir viktorinada iştirak edərək təqdimata əlavə rəng qatdılar və günü daha da yaddaqalan etdilər”.
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.