Kiçik yaşlı şagirdlər üçün Kino Günü

Kiçik yaşlı şagirdlər üçün Kino Günü

Kiçik yaşlı şagirdlər üçün Kino Günü

Kaspi liseyində tədris prosesinin yalnız biliklə deyil, həm də dəyərlərlə zəngin şəkildə qurulduğunun nümayişi

Kaspi Ağ Şəhər liseyinin ibtidai siniflərində “Kino Günü” keçirilib. Tədbir məktəbin kiçik yaşlı şagirdləri üçün həm əyləncə, həm də xeyirxahlıq ruhunda təşkil olunub.

Liseydən verilən məlumatda bildirilir ki, şagirdlərin izlədiyi filmin biletləri “Zəfərdən doğan ümid” adlı xeyriyyə yarmarkasında satılıb və əldə olunan gəlir YAŞAT Fonduna ianə edilib: “Bu addım uşaqlarda həm sosial məsuliyyət, həm də vətənpərvərlik duyğularının formalaşmasına töhfə verib. Belə tədbirlər Kaspi liseyində tədris prosesinin yalnız biliklə deyil, həm də dəyərlərlə zəngin şəkildə qurulduğunu nümayiş etdirir”.

Filmin nümayişi rus və Azərbaycan bölmələri üzrə iki ayrı seansda təşkil olunub.

Şagirdlər filmə böyük maraq və sevinc hissi ilə qatılıb, dostları ilə birlikdə xoş və yadda qalan anlar yaşayıblar.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız