Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Ulu Öndər deyirdi: “Mən gələcək nəsillərə çox güclü, qüdrətli, iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycan qoyub getmək istəyirəm”

10 May- Ulu Öndər Heydər Əliyevin doğum günüdür.

Ümumilli Lider Heydər Əliyev ömrünü xalqının azadlığı, istiqlalı, vətəninin müstəqilliyi, insanların xoşbəxt, təhlükəsiz, rahat yaşaması naminə apardığı mübarizəyə həsr edən və başladığı haqq-ədalət savaşını zəfərlə başa çatdıran nadir şəxsiyyətlərdəndir. Ulu Öndər tarixə düşməklə yanaşı, həm də şərəfli bir tarix yolu yazdı. Xalqımızın azadlığı, istiqlalı, Azərbaycanın müstəqilliyi, inkişafı yolunda əzmlə, fədakarlıqla mübarizə apardı. O, bütün ömrünü xalqın yaxşı yaşaması, dinindən, dilindən, siyasi baxışlarından, milliyətindən asılı olmayaraq bütün insanlara eyni münasibət bəslənilməsi üçün apardığı mübarizəyə həsr etdi. Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir.

Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış və müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Azərbaycanın müasir inkişaf tarixi  də dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycanın yaradıcısı kimi tarixə düşən Ulu Öndərin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir.

Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, milli liderimiz və qürur duyduğumuz böyük Azərbaycanlı idi.

Ulu Öndər deyirdi: “Mən gələcək nəsillərə çox güclü, qüdrətli, iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycan qoyub getmək istəyirəm”. O, böyük zəhmət və əziyyətlər hesabına qurduğu müstəqil Azərbaycanın və onun vətəndaşlarının, dünya azərbaycanlılarının xoşbəxt gələcəyinin təminatçısı ola biləcək İlham Əliyev kimi güclü bir siyasətçi yetişdirdi.

Ulu Öndərin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Heydər Əliyev yolunun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin ən böyük arzusunu gerçəkləşdirdi: Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.

Bu gün hər bir Azərbaycan gənci Ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin  rəhbərliyi  altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız