Kaspi Bakıxanov liseyində universitet tələbələrinin Təcrübə proqramı çərçivəsində təşkil olunan tanışlıq tədbiri böyük maraqla qarşılanıb. Tədbirdə gənc təcrübəçilər, liseyin müəllim kollektivi və Kaspi Təhsil Şirkətinin nümayəndələri iştirak ediblər.
Liseydən verilən məlumata görə, tədbirin açılışında Kaspi liseyinin təhsil prinsipləri və təcrübə proqramının əhəmiyyəti vurğulanıb: “Təcrübəçilər özlərini təqdim edərək gələcək müəllimlik fəaliyyətləri ilə bağlı fikirlərini bölüşdülər. Ardınca interaktiv yarışlar və diskussiyalarla zənginləşdirilmiş tədbir həm öyrədici, həm də əyləncəli keçdi”.
Məlumatda qeyd edilir ki, tədbir gələcəyin müəllimlərinə dəyərli təcrübələr qazandırmaqla yanaşı, onların lisey mühitinə daha yaxından bələd olmalarına imkan yaratdı”.
Tədbirin sonunda iştirakçılarla xatirə fotoları çəkilib.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.