Liseyin şagird və valideynləri arasında “Ən güclü ikili” adlı yarış keçirilib
Kaspi Ağ Şəhər liseyinin Azərbaycan bölməsinin 3-cü sinifləri arasında “Ən güclü ikili” adlı yarış keçirilib. Yarışda şagird və valideynlər birlikdə komanda olaraq iştirak ediblər.
Yarış müddətində bəzən valideynlər və övladları qarşı-qarşıya gəliblər.
Yarışda “İynə-iynə ucu düymə”, “Ən iştahlı mənəm” və “Səni tanıyıram” kimi maraqlı və əyləncəli oyunlar yer alıb.
Valideynlərin əksəriyyəti tədbirdən məmnun qaldıqlarını bildiriblər.
Tədbir həm əyləncəli, həm də ailə-şagird münasibətlərini möhkəmləndirən dəyərli bir gün kimi yadda qalıb.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.