Fizika üzrə Qızıl Medal

Fizika üzrə Qızıl Medal

Fizika üzrə Qızıl Medal

Şagirdimiz İbrahim Valehli Olimpiadanın Qızıl medalını qazandı

Respublika Fənn Olimpiadalarının fizika fənni üzrə Respublika mərhələsinin final turu başa çatıb. Kaspi Ağ Şəhər liseyinin 11 sinif şagirdi İbrahim Valehli Respublika Fənn Olimpiadasının (RFO) final mərhələsinin qalibi olub. Şagirdimiz Fizika fənni üzrə ən yüksək nəticə göstərərək Qızıl medal qazanıb.

Kaspi Liseyinin 11-ci sinif şagirdi İbrahim Valehli, Respublika Fənn Olimpiadasının (RFO) final mərhələsində Fizika fənni üzrə ən yüksək nəticə göstərərək Qızıl medala layiq görülüb.

kaspi.edu.az xəbər verir ki, İ.Valehli keçən il İranda keçirilən Beynəlxalq Fizika Olimpiadasında ölkəmizi uğurla təmsil edərək Gümüş medal qazanıb.

Qeyd edək ki, Kaspi Liseyində şagirdlərin Respublika Fənn Olimpiadalarına və Beynəlxalq olimpiadalara hazırlığı yüksək səviyyədə və sistemli şəkildə təşkil olunur. Peşəkar müəllim heyəti və fərdi hazırlıq proqramları sayəsində şagirdlərimiz ilbəil daha yüksək uğurlar əldə edirlər.

Kaspi Təhsil Şirkəti şagirdimizin uğuru ilə qürur duyur, gələcək beynəlxalq nailiyyətlərində uğurlar arzulayır!

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız