Türkiyə mətbuatı Kaspi Təhsil Şirkətinin yardım aksiyasından yazdı
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Türkiyə mətbuatı Kaspi Təhsil Şirkətinin yardım aksiyasından yazdı
- 13 Fevral 2023
Türkiyə mətbuatı Kaspi Təhsil Şirkətinin yardım aksiyasından yazdı
“Azərbaycanın Kaspi Liseyindən anlamlı zəlzələ yardımı” başlıqlı xəbər eserhaber.com xəbər portalında yer alıb
Azərbaycanda dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün qardaş Türkiyəyə yardım toplama kampaniyası davam edir. Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyasına qardaş ölkə mətbuatı geniş yer ayırıb.
Türkiyədə yayımlanan eserhaber.com xəbər portalı Kaspi Təhsil Şirkətinin qardaş ölkəyə yardımından bəhs edən “Azərbaycanın Kaspi Liseyindən anlamlı zəlzələ yardımı” başlıqlı xəbər yer alıb. Yazıda təhsil müəssisəsinin bu çətin gündə qardaş türk xalqının yanında olduqları və yardım etməyi özlərinə borc bildikləri xüsusi vurğulanıb. “Azərbaycan gəncləri öz qardaşlarını unutmadılar”- deyə xəbərdə qeyd olunub: “Özəl Kaspi Liseyinin idarəçiləri və Bakıda təhsil fəaliyyətini həyata keçirən bütün şagirdlər və onların valideynlərinin ürəklərindəki böyük minnətdarlıq və sevgi ilə göndərdikləri yardım donmuş Şanlıurfanı və zəlzələ qurbanlarının qəlbini isitdi. Sağ olun, azəri soydaşlarımız, sağ olun, Kaspi Liseyi!”
Xatırladaq ki, Kaspi Təhsil Şirkəti də “Səninləyik Türkiyə” yanğısı ilə yardım kampaniyasına qoşularaq türk bacı və qardaşlarına yardım məqsədilə 110 000 TL (10 min Azn) Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) hesabına ianə edib. Eyni zamanda, Kaspi Təhsil Şirkəti tərəfindən zəlzələdən zərərçəkənlərə və çətin vəziyyətdə olanlara 120 nəfərlik yeni yataq dəsti - çarpayı, yorğan, döşək, balış, hər yaşa uyğun qış paltarları dəsti, gödəkcələr, şalvarlar, papaq və əlcəklər, qalın yun corablar, üst və alt geyimlər, təmizlik ləvazimatları, ərzaq qutuları və s. lazımı əşyalar çeşidlənərək TIR vasitəsilə Türkiyəyə yola salınıb. Qeyd edək ki, Kaspi Təhsil Şirkətinin yardım kampaniyası davam edir. Belə ki, Kaspi Liseylərində təhsil alan şagirdlərin valideynlərinin qatıldığı yardım kampaniyası çərçivəsində toplanan geyim və digər vasitələr çeşidlənərək fevralın 11-də Türkiyə Səfirliyinə təqdim olunub. Həmçinin Kaspi Beynəlxalq Liseyində Türkiyədəki Bilkent Universitetinin nəzdində fəaliyyət göstərən BLİS - Bilkent Laboratory&İnternational School-a yardım göstərilməsi üçün ianə toplanır. Bu həftə ianə təhsil müəssisənə göndəriləcək.
Kaspi Təhsil Şirkəti dəhşətli zəlzələdə həlak olanların ailələrinə başsağlığı verir, yaralılara şəfa diləyir.
Kaspi.edu.az