Şagirdimiz Respublika Fənn Olimpiadasının Qızıl medalını qazandı

Şagirdimiz Respublika Fənn Olimpiadasının Qızıl medalını qazandı

Şagirdimiz Respublika Fənn Olimpiadasının Qızıl medalını qazandı

Kaspi Ağ Şəhər Liseyinin şagirdi İbrahim Valehli Fizika fənni üzrə RFO-nun qalibi oldu

Respublika Fənn Olimpiadalarının fizika və tarix fənnləri üzrə Respublika mərhələsinin final turu başa çatıb. Bilik yarışmasında Fizika fənni üzrə 123 nəfər, tarix fənni üzrə 139 nəfər, ümumilikdə isə 262 nəfər şagird iştirak edib.

Kaspi.edu.az xəbər verir ki, Kaspi Ağ Şəhər Liseyinin 10-cu sinif şagirdi İbrahim Valehli RFO-nın Fizika fənni üzrə Qızıl medalını qazanıb. Qürur doğuran haldır ki, şagirdimiz bu uğurla artıq RFO-nun ikiqat Qızıl medalçısıdır. Belə ki, İ.Valehli 2023-cü ildə Elm və Təhsil Nazirliyi tərəfinfən təşkil olunmuş RFO-da Kaspi liseyini layiqincə təmsil edərək Qızıl medal qazanlb. Bundan əlavə, şagirdimiz 2021-2022-ci tədris ilində Respublika Fənn Olimpiadasında Fizika fənni üzrə (8-ci sinif şagirdi kimi) 9-cu siniflərlə bərabər iştirak edərək ölkə üzrə 3-cü yerə layiq görülüb.

2022-2023-cü tədris ilində Azərybaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Elm Olimpiadasında Fizika/Kimya/Biologiya üzrə ilk altılığa düşən şagirdimiz ölkəmizi beynəlxalq elm arenasında təmsil etmək haqqını qazanıb. Bu vəzifəni də layiqincə yerinə yetirən İbrahim Kolumbiyada keçirilən Beynəlxaq Elm Olimpiadasında (IJSO 2022) ikinci yerə çıxaraq gümüş medalla Vətənə dönüb.  Qeyd etmək lazımdır ki, İbrahimin göstəricisi Respublika üzrə birincidir.

Kaspi Ağ Şəhər Liseyinin rəhbərliyi və müəllim heyəti İ.Valehlini nümunəvi və çalışqan, müasir elmlərə həvəsli şagird kimi dəyərləndirir və qazandığı uğurla qürur duyduqlarını bildirirlər: “İbrahim oxuduğu illər ərzində yüksək akademik bacarıqları və nəticələri, məktəbin sosial fəaliyyətində fəal iştirakı və  nümunəvi davranışı ilə həmişə məktəb üzrə seçilən şagirdlərdən olub”. Eyni zamanda, Kaspi liseyində şagirdlərə göstərilən yüksək qayğı və diqqət, düzgün təşkil edilmiş akademik və tərbiyəvi mühit İbrahimin hərtərəfli bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayıb.

Kaspi Təhsil Şirkəti şagirdimizi qazandığı yüksək nailiyyət münasibətilə təbrik edir və beynəlxalq bilik yarışlarının qalibi olmasını arzulayır!

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız