Şagirdimiz Lütfizadə Məntiq Olimpiadasında böyük uğur qazanıb
06 Fevral 2025
Şagirdimiz Lütfizadə Məntiq Olimpiadasında böyük uğur qazanıb
Hidayət Orucov bilik yarışında fərqlənib
Kaspi Bakıxanov Liseyinin 8-ci sinif şagirdi Hidayət Əzizov Lütfizadə Məntiq Olimpiadasının ilk və ikinci mərhələlərində əldə etdiyi uğurlarla böyük fərqlə önə çıxıb.
Liseydən verilən məlumata görə, Olimpiadada iştirak edən digər şagirdlərlə müqayisədə yüksək nəticələr əldə edən şagirdimiz həm riyazi məntiq, həm də qeyri-səlis (fuzzy) məntiq sahələrindəki bacarıqları ilə diqqət çəkib.
Belə ki, ilk mərhələdə 71.25 balla öz kateqoriyasının ən yaxşı nəticəsini göstərən Hidayət Əzizov bu müvəffəqiyyəti ilə bütün iştirakçılardan seçilib. İkinci mərhələyə yüksələn şagirdimiz 85 balla liderliyini qoruyub.
Məlumatda qeyd edilir ki, bu nailiyyətlər Hidayətin riyazi düşüncə tərzini və problemləri həll etmə bacarığını nümayiş etdirir: “Şagirdimizin nümayiş etdirdiyi uğurlar yalnız şəxsi inkişafı üçün deyil, həm də təhsil aldığı Kaspi Bakıxanov liseyinin akademik mühiti və təhsil keyfiyyətini bir daha təsdiqləyir”.
Hidayət Əzizovun Lütfizadə Məntiq Olimpiadasında qazandığı müvəffəqiyyətlər gələcəkdəki akademik və peşəkar uğurları üçün də mühüm bir zəmin yaradır. Onun göstərdiyi irəliləyiş, hər bir şagird üçün ilhamverici bir nümunədir.
Məktəbin direktoru Cahid Hüseynov olimpiadaçı şagirdimizlə görüşərək onu təbrik edib.
Şagirdimizi təbrik edirik!
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.