Kaspi Ağ Şəhər liseyində “Analar - Super qəhrəmanlarımız” adlı tədbir keçirlib.
8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir 8A, 8B və 8C siniflərinin birgə fəaliyyəti sayəsində ərsəyə gəlib.
Şagirdlər tədbirdə aktyorluq qabiliyyətləri, rəqs ifaları ilə valideynlərini sevindiriblər.
“Bu cür tədbirlər təkcə şagirdlərə valideynlərini sevmək və onlara hörmət etmək hissini aşılamır, həmçinin məktəblilərin gizli istedadlarını üzə çıxarır. Onlar sevməyi, qiymətləndirməyi və dəyər verməyi öyrənirlər”- deyə liseyin məlumatında bildirilir.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.