Uşaqların yaradıcılığını və səhnə bacarıqlarını inkişaf etdirmək üçün
Kaspi Ağ Şəhər liseyinin ikinci sinif şagirdləri “Biri var idi, biri yox idi” adlı tədbirdə öz istedadlarını nümayiş etdiriblər.
Tədbir çərçivəsində bir neçə maraqlı səhnə izləyicilərə təqdim olunub. Tədbir “Qar kraliçasi” tamaşası ilə başlayıb.
Uşaqlar qar kraliçasının sehrli və sirli dünyasına addım atıb və iştirakçılara möcüzəli bir təcrübə yaşadıblar.
“Növbəti Cindirella tamaşasında uşaqlar, Cinderellanı və onun sehrli dəyişimini canlandırdılar, dostluq və sevginin gücünü vurğuladılar.
Daha sonra “Sehrli meşə” tamaşasında uşaqların sehrli meşənin sirli aləminə maraqlı səyahətinə şahid olduq”- deyə liseyin məlumatında qeyd olunub.
Tədbirin növbəti hissəsində, “Hare and Tortoise” adlı tamaşada uşaqlar, səbrin və çalışqanlığın nə qədər vacib olduğunu nümayiş etdiriblər.
Ardınca, “Qar adamı - Frosty” tamaşası nümayiş olunub. Şagirdlər qar adamının sehrli dünyasına səyahət edərək, onun macəralarını canlandırıblar.
Tədbir, “İstedad Show” ilə sona çatıb. Şagirdlər öz fərdi bacarıqlarını nümayiş etdirərək, möhtəşəm təqdimatlar göstəriblər. “Bu unudulmaz tədbir uşaqların yaradıcılığını və səhnə bacarıqlarını inkişaf etdirməyə kömək etdi, həmçinin onlara həmrəyliyin və dostluğun əhəmiyyətini öyrətdi. Bütün valideynlər və müəllimlər bu xüsusi anları izləyərək, uşaqların performanslarına heyran qaldılar”.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.