Destination Imagination yarışmasından Xüsusi Mükafat

Destination Imagination yarışmasından Xüsusi Mükafat

Destination Imagination yarışmasından Xüsusi Mükafat

Şagirlərimiz ABŞ-da keçiriləcək final turnirində iştirak etmək hüququ qazanıblar

Kaspi Bakıxanov liseyinin 3-cü sinif şagirdləri beynəlxalq Destination Imagination yarışmasının Elementary kateqoriyasında “Rising Stars” xüsusi mükafatına layiq görülərək böyük uğura imza atıblar. Bu nailiyyət şagirlərimizə ABŞ-da keçiriləcək final turnirində iştirak etmək hüququ qazandırıb.

Qeyd edək ki, Destination Imagination yaradıcılığı və innovasiyanı təşviq edən beynəlxalq bir platformadır. Bu yarışma çərçivəsində şagirdlər STEAM (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) sahələrinə əsaslanan çətinlikləri yaradıcı həll yolları ilə aşmağa çalışırlar.

Liseydən verilən məlumatda bildirilir ki, Kaspi Liseyi daim şagirdlərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, məntiqi və tənqidi düşünmə bacarıqlarını gücləndirmək üçün innovativ yanaşmalardan istifadə edir: “Müəllimlər isə onların hər addımda yanında olaraq, bilik və təcrübələri ilə istiqamət verir, motivasiya edərək onların öz potensiallarını tam şəkildə ortaya qoymasına şərait yaradırlar. Bu proqram, uşaqların gizli istedadlarını üzə çıxarmaq və potensiallarını tam şəkildə göstərmələrinə yol açmaq üçün unikal bir fürsətdir. Hər bir uşaq öz hekayəsini danışmağa, unikal ideyalarını paylaşmağa və nailiyyətlərini qeyd etməyə layiqdir. Destination Imagination şagirdlərə bu fürsəti təqdim edərək onların özünəinamlı və yaradıcı fərdlərə çevrilməsinə töhfə verir”.

Şagirdlərimizə beynəlxalq platformanın final turnirində uğurlar arzulayırıq!

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız