Məktəblilər “ETSN-də bir gün” layihəsində iştirak ediblər
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Məktəblilər “ETSN-də bir gün” layihəsində iştirak ediblər
- 11 Mart 2025
Məktəblilər “ETSN-də bir gün” layihəsində iştirak ediblər
Ətraf mühitin mühafizəsi ilə bağlı şagirdlərlə səmimi söhbət və müzakirələr aparılıb
Kaspi liseyinin şagirdləri Ekologiya və Təbii Sərvətlər Nazirliyində olaraq Nazirliyin fəaliyyət sahələri ilə tanış olmaq imkanı əldə ediblər. Uşaqların ətraf mühitin mühafizəsi sahəsinə maraq və məlumatlılığını artırmaq məqsədilə növbəti tədbir Od çərşənbəsində həyata keçirilib.
Liseydən verilən məlumata görə, şagirdlərə öncə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən atmosfer havasının keyfiyyəti, analizlərin və monitorinqlərin aparılması üsulları mövzusunda məlumatlar verilib, ölçmə cihazları göstərilib.
Təlimin sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Daha sonra uşaqlar ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov, Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Aysel Rzayeva, Ekoloji Maarifləndirmə və Kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova ilə görüşüblər. İnteraktiv formatda keçirilən görüş zamanı ətraf mühitin mühafizəsi ilə bağlı şagirdlərlə səmimi söhbət və müzakirələr aparılıb, onların sualları cavablandırılıb, Novruz çərşənbəsinin ənənəsi olaraq uşaqlarla yumurta döyüşdürülüb.
Tədbirin davamı olaraq şagirdlər Orxus İctimai Ekologiya İnformasiya Mərkəzi ilə tanış olub, “Ətraf mühitə dair məlumat almaq, qərarların qəbul edilməsində iştirak və ədalət məhkəməsinin açıqlığı haqqında” BMT-nin Avropa İqtisadi Komissiyasının 1998-ci il tarixli Konvensiyası (Orxus Konvensiyası) barədə məlumatlanıblar.
kaspi.edu.az