"Valideynlərlə müsahibə"

"Valideynlərlə müsahibə"

"Valideynlərlə müsahibə"

Əməkdaşlıq, tənqidi düşünmə və analizetmə bacarıqlarını formalaşadırmaq

Kaspi Ağ Şəhər liseyinin 5-ci sinif şagirdləri üçün “Global Perspectives” fənni üzrə keçirilən dərsin mövzusu fərqliliyi ilə diqqət çəkib.

Şagirdlər valideynlərlə, onların uşaqlıq illəri və ailə üzvlərindən öyrəndikləri dəyərlər haqqında müsahibə aparıblar: "Bu məqsədlə şagirdlərin suallarına cavab vermək üçün valideynlər dərsə dəvət edilmişdi. Dərs zamanı şagirdimiz Esma İsmayılovanın valideyni Zeynəb xanım sinifdə qonaq olaraq uşaqların suallarını cavablandırdı, öz uşaqlıq xatirələrini bölüşdü və şagirdlərə dəyərli məsləhətlər verdi. Şagirdlər müsahibə zamanı aktiv iştirak etdilər, diqqətlə dinlədilər və öz qeydlərini götürdülər. Bu fəaliyyət şagirdlərdə müsahibə aparmaq, maraqlı suallar vermək, dinləmə və qeydlər aparmaq kimi bacarıqların inkişafına kömək etdi".

Qeyd edək ki, Global Perspectives fənninin əsas məqsədi şagirdlərdə əməkdaşlıq, analizetmə, tənqidi düşünmə (critical thinking) və məsələlərə müxtəlif baxış bucaqlarından yanaşma kimi həyati bacarıqları formalaşdırmaqdır.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız