Belə tədbirlər şagirdlərin sosiallaşmasına kömək edir.
Kaspi Bakıxanov liseyinin X sinif şagirdləri üçün maraqlı sosial fəaliyyətlər təşkil olunub.
Kaspi.edu.az-a verilən məlumata görə, qızlar müəllimlərinin rəhbərliyi ilə məşhur italyan deserti - tiramisu hazırlayıblar: “Hər kəs hazırlıq prosesində fəal iştirak etdi: kimisi biskvitləri isladır, kimisi kremi qarışdırır, digərləri isə bəzəklə məşğul olurdu. Hazır olduqdan sonra hamı bir araya gələrək desertdən dadıb söhbət etdi, dostluq və komanda ruhu möhkəmləndi”.
Oğlanlar isə sağlam həyat tərzini təşviq etmək məqsədilə futbol oyunu oynayıblar:
“Oyun zamanı əməkdaşlıq və komanda ruhu ön plana çıxdı, şagirdlər həm fiziki aktivlik, həm də əyləncəli vaxt keçirdilər”. Liseyin məlumatında qeyd edilir ki, belə tədbirlər məktəb həyatını rəngarəng edir və şagirdlər arasında mehriban münasibətlərin formalaşmasına, onların sosiallaşmasına kömək edir.
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.