“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya
23 Oktyabr 2025
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya
Səfər zamanı şagirdlər qədim yaşayış məskənləri, tarixi evlər və etnoqrafik eksponatlarla tanış olublar.
Kaspi Bakıxanov Liseyinin 5-ci sinif şagirdləri “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya ediblər.
Səfər zamanı şagirdlər qədim yaşayış məskənləri, tarixi evlər və etnoqrafik eksponatlarla tanış olublar.
Müəllimlər bu ərazilərdə yaşayan insanların həyat tərzi haqqında şagirdlərə məlumat veriblər. “Ekskursiya şagirdlərdə Azərbaycan tarixinə və mədəni irsinə marağı artırmış, vətənpərvərlik hissini gücləndirmişdir”-deyə Liseyin məlumatında bildirilir.
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.