6-cı siniflərin Qobustan səyahəti

6-cı siniflərin Qobustan səyahəti

6-cı siniflərin Qobustan səyahəti

Ekskursiya şagirdlərdə tariximizə və mədəni dəyərlərimizə hörmət hissini daha da artırıb.

Kaspi Bakıxanov liseyinin 6-cı sinif şagirdləri Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər.

 

Liseyin məlumtına görə, səfərin məqsədi şagirdlərdə tarixə marağın artırılması və Azərbaycanın qədim mədəni irsi ilə yaxından tanışlıq olub: “Ekskursiya zamanı şagirdlər Qobustanın məşhur qayaüstü rəsmlərini, qədim məişət izlərini və tarixi abidələri görüb, müəllimlərin izahı ilə minilliklər öncə bu ərazidə yaşamış insanların həyat tərzi haqqında maraqlı məlumatlar əldə ediblər. Bu ekskursiya şagirdlərdə vətənpərvərlik duyğularını gücləndirib, tariximizə və mədəni dəyərlərimizə hörmət hissini daha da artırıb”.

Lisey şagirdlərin tariximiz və mədəniyyətimizlə tanışlıqları üçün bu cür ekskursiyaları bundan sonra da davam etdirəcək.

Kaspi.edu az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız