“Kitabxana - təhsilə açılan qapıdır!”
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- “Kitabxana - təhsilə açılan qapıdır!”
- 27 Oktyabr 2025
“Kitabxana - təhsilə açılan qapıdır!”
Universitet və məktəb kitabxanalarının tərəfdaşlıq imkanları müzakirə olunub
Kaspi Ağ şəhər liseyinin kitabxanasında “Məktəb Kitabxanası Günü” xüsus qeyd olunub.
Liseyin 10-cu sinif şagirdləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Təhsil sistemində kitabxanalararası tandem: Universitet və məktəb kitabxanalarının tərəfdaşlıq imkanları" mövzusunda keçirilmiş "Dəyirmi masa"ya dəvət olunublar.

Təşkil olunmuş “Dəyirmi masa” çərçivəsində məktəb kitabxanalarının fəaliyyəti və mövcud vəziyyəti müzakirə olunub. Tədbir zamanı məktəb kitabxanalarının qarşılaşdığı çağırışlar, onların inkişaf perspektivləri, eləcə də universitet kitabxanaları ilə məktəb kitabxanaları arasında qarşılıqlı əməkdaşlığın zəruriliyi önə çəkilib.

“Məqsəd – ümumtəhsil mühitində informasiya savadlılığının, eləcə də kitabxana-informasiya resurslarına çıxış imkanlarının artırılması oldu”- deyə Liseyin məlumatında qeyd edilir.
Tədbirdə Kaspi Ağ şəhər liseyinin kitabxanaçısı Şahnaz Quliyeva “Təhsil və inkişafın ilk mərhələsi” mövzusunda çıxış edırık kitabxanaların təhsilin inkişafında oynadığı rol və tədris ili ərzində kitabxanada təşkil edilmiş işlər barəsində məlumat verib. Video görüntü nümayiş olunub. Tədbir zamanı şagirdlər “Kitabxana –təhsilə açılan qapıdır!” adlı səhnə təqdim ediblər.
.jpg)
Tədbirin sonunda şagirdlər UNEC-in kitabxanasına öz əl işləri olaraq “Məktəb kitabxanaları günü” ilə əlaqəli çərçivə hədiyyə ediblər.

Qeyd edək ki, 22 oktyabr bütün dünyada Beynəlxalq Məktəb Kitabxanaları Günü kimi qeyd olunur. Bu tarix 1999-cu ildə YUNESKO-nun təşəbbüsü ilə təsis edilib.


2005-ci ilin oktyabr ayından isə Beynəlxalq Məktəb Kitabxanaları Assosiasiyasının prezidenti Piter Qenko bu tarixi rəsmiləşdirib.
Kaspi.edu.az

