Qadınlarımızın bayramı

Qadınlarımızın bayramı

Qadınlarımızın bayramı

Kaspi Təhsil Şirkəti bütün Azərbaycan qadınlarını təbrik edir

8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Bu bayram  Azərbaycanda da geniş qeyd edilir. Bayramın maraqlı tarixi var: 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü Qadın günü kimi rəsmiləşdirib.

1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.

Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkə başçısının Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik də qadınlarımıza göstərilən yüksək hörmət və məhəbbətin göstəricisidir: “Azərbaycan qadınları dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ qazanmış, incəsənətin və elmin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları atmaqla qabaqcıl düşüncəli, yenilikçi və mütərəqqi ruhlu olduqlarını sübuta yetirmişlər. Onlar ölkəmizin, xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin müasir əsaslar üzərində qurulması üçün böyük əzmlə çalışmış, ötən müddət ərzində mühüm nailiyyətlər əldə etmişlər”. Prezident təbrikində zəngin mənəviyyatlı Azərbaycan qadınlarının qarşıdakı illərdə də qurub-yaratmaq şövqləri ilə cəmiyyət həyatına yüksək dəyərlər bəxş edəcəyinə və müstəqillik salnaməmizə yeni, işıqlı səhifələr yazacaqlarına inamını ifadə edib.

Kaspi Təhsil Şirkəti 8 Mart Qadınlar bayramı münasibətilə bütün Azərbaycan qadınlarını təbrik edir, onlara cansağlığı, ailə səadəti və fəaliyyətlərində uğurlar diləyir. Təhsil müəssiəsi şəhid analarına və xanımlarına, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına cansağlığı arzulayır!

Bayramınız mübarək, əziz QADINLAR!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız