Nağıl saatı şagirdlərin oxu vərdişlərinin formalaşmasına və dünyagörüşlərinin genişlənməsinə müsbət təsir göstərib.
F.B. Köçərli adına Respublika Uşaq Kitabxanasında Kaspi Ağ şəhər liseyinin Cambridge bölməsinin 2-ci sinif şagirdləri üçün “Nağıl dünyasına səyahət” adlı maarifləndirici nağıl saatı təşkil olunub.
Nağıl saatı şagirdlərin mütaliəyə maraqlarının artması, bədii ədəbiyyata sevgilərinin aşılanması və asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə təşkil olunub.
Şagirdlər kitabxana ilə yaxından tanış olublar. Daha sonra kitabxana əməkdaşları tərəfindən onlara kitabxananın yaranma tarixi haqqında məlumat verilib. Şagirdlər üçün ingilis dilində müxtəlif maraqlı və öyrədici nağıllar səsləndirilib. Məktəblilərlə nağılların məzmunu ətrafında fikir mübadiləsi aparılıb.
Keçirilən nağıl saatı Cambridge şagirdləri tərəfindən böyük maraqla dinlənilib, onların oxu vərdişlərinin formalaşmasına və dünyagörüşlərinin genişlənməsinə müsbət təsir göstərib.
Kaspiliseyi.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.