Şagirdlər bu nailiyyətə uzunmüddətli zəhmət, intizam və davamlı məşqlər nəticəsində nail olublar.
Kaspi Ağ Şəhər liseyinin karate dərnəyinin şagirdləri növbəti uğurlarına imza atıblar. Dərnəyin 7 şagirdi uğurlu çıxışlarına görə Karate Federasiyası tərəfindən rəsmi sənədli sarı kəmərə layiq görülüblər.
Liseyin məlumatında bildirilir ki, Karate dərnəyinin müəllimi Samir Məmmədovun rəhbərliyi ilə məşq edən şagirdlər bu nailiyyətə uzunmüddətli zəhmət, intizam və davamlı məşqlər nəticəsində nail olublar: “Uğurun qeyd olunması məqsədilə ibtidai korpusda xüsusi təqdimat təşkil edilib. Tədbir zamanı şagirdlər öz karate bacarıqlarını və performanslarını nümayiş etdirərək izləyicilərin böyük marağına səbəb olublar”.
Sonda şagirdlərə sertifikatlar təqdim edilib. Sarı kəmərlər məktəbin direktoru Həsən Həsənov tərəfindən taxılıb. Bu anlar həm şagirdlər, həm də tədbirdə iştirak edən müəllim və valideynlər üçün yaddaqalan olub.
Şagirdlərimizi bu əlamətdar uğur münasibətilə təbrik edir, onlara gələcək yarış və mərhələlərdə yeni nailiyyətlər arzulayırıq!
Kaspiliseyi.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.