Malayziya Universitetinin nümayəndələri Kaspi Liseyində

Malayziya Universitetinin nümayəndələri Kaspi Liseyində

Malayziya Universitetinin nümayəndələri Kaspi Liseyində

UTP Azərbaycan Respublikasının Xaricdə Təhsil üzrə Dövlət Proqramına daxil edilmiş 7 Malayziya universitetindən biridir.

Dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan, beynəlxalq reytinqlərdə TOP-251 mövqedə qərarlaşan Universiti Teknologi PETRONAS (UTP)-nin nümayəndə heyəti Kaspi Ağ Şəhər Liseyində qonaq olub.

Kaspiliseyi.az xəbər verir ki, UTP Azərbaycan Respublikasının Xaricdə Təhsil üzrə Dövlət Proqramına daxil edilmiş 7 Malayziya universitetindən biridir. Universitet xüsusilə kompüter texnologiyaları, mühəndislik (inşaat, elektronika, mexanika, neft-qaz, ofşor mühəndisliyi və s.) və biznes sahələri üzrə yüksək səviyyəli və dərin ixtisaslaşması ilə tanınır.

Görüş zamanı ali təhsil imkanları, təqaüd proqramları, qəbul şərtləri və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Liseydən verilən məlumatda bildirilir ki, bu cür beynəlxalq görüşlər şagirdlərin qlobal təhsil imkanları haqqında məlumatlanmasına və gələcək akademik planlarını daha düzgün formalaşdırmasına mühüm töhfə verir.

Kaspi liseyi  beynəlxalq universitetlərlə əməkdaşlığa və şagirdlər üçün yeni təhsil imkanlarının yaradılmasına xüsusi önəm verməkdə davam edir.

Kaspiliseyi.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız