“20 Yanvar - Milli iradəmizin zəfər çaldığı gün”

“20 Yanvar - Milli iradəmizin zəfər çaldığı gün”

“20 Yanvar - Milli iradəmizin zəfər çaldığı gün”

“20 Yanvar şəhidləri sübut etdilər ki, azadlıq susmur!”

Kaspi Bakıxanov liseyində 20 Yanvar şəhidlərinin  xatirəsinə həsr olunan “20 Yanvar - Milli iradəmizin zəfər çaldığı gün” adlı anım günü  tədbiri keçirilib.

Tədbirdə Azrbaycanın Dövlət Himni səslənib.

Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızn  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kaspi Təhsil Şirkətinin liseylər üzrə baş direktoru Sahil Əliyev çıxış edərək 20 Yanvar hadisələrinin tariximizdə oynadığı rol haqqında danışıb.

Liseyin direktoru Cahid Hüseynov “20 Yanvar şəhidləri sübut etdilər ki, azadlıq susmur!”- deyə azadlıq və müstəqilliyi xalqımıza bəxş edən şəhidlərimizi dərin ehtiramla yad edib. Tədbirin bədii hissəsində 20 yanvar hadisələrinə dair şagirdlərin təqdimatında şeir, səhnəcik, kompozisiya, xor, rəqs və monoloqlar təqdim olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Kaspiliseyi.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız