Şagirdlər arasında “Countdown” riyazi-məntiq oyunu keçirilib

Şagirdlər arasında “Countdown” riyazi-məntiq oyunu keçirilib

Şagirdlər arasında “Countdown” riyazi-məntiq oyunu keçirilib

Liseyin Azərbaycan və rus bölməsinin şagirdləri yarışıblar

Kaspi Ağ Şəhər liseyində Riyaziyyat həftəsi çərçivəsində 10-cu sinif şagirdləri arasında “Countdown” riyazi-məntiq oyunu keçirilib. Yarışa məktəbin Azərbaycan və rus bölməsinin şagirdləri qatılıblar.

Oyun şagirdlərin sürətli hesab qabiliyyətini yoxlamaq, əyləncəli və səmərəli zaman keçirmələri məqsədilə təşkil olunub.

Yarışda hər iki bölmədən 2 komanda olmaqla ümumilikdə 4 komanda mübarizə aparıb.

Yüksək və sağlam rəqabət ruhunda keçən oyunda Azərbaycan bölməsindən “A” komandasının şagirdləri qalib gələrək mükafat qazanıblar. “C” və “D” komandaları eyni hesabla 2-ci yeri paylaşıb, “B” komandası isə cüzi fərqlə 3-cü yerdə qərarlaşıb.

Sonda qaliblərə mükafatlar təqdim olunub və  şagirdlərlə xatirə şəkli çəkilib.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız