Kaspi Liseyinin kataloqu yenidən çap mərhələsindədir

Kaspi Liseyinin kataloqu yenidən çap mərhələsindədir

Kaspi Liseyinin kataloqu yenidən çap mərhələsindədir

Nəfis tərtibatla işıq üzü görəcək nəşrdə təhsil müəssisəsinin təlim-tədrisi, sosial fəaliyyəti və nail olduğu uğurlar qeyd olunub

“Mükəmməl milli təhsil amalımızdır” şüarı ilə işıq üzü görəcək Kaspi Liseyinin Kataloqunda  təhsil müəssisəsinin fəaliyyəti, təlim-tədris prosesi və uğurları haqqında ətraflı məlumat verilib.

Yenilənən nəşrin ilkin versiyasında qeyd edilir ki, Kaspi Liseyi Kaspi Təhsil Şirkəti tərəfindən təsis edilən, milli bəşəri dəyərləri özündə əks etdirən, müasir tələblərə cavab verən, keyfiyyətli və peşəkar təhsili təmin edən özəl ümumtəhsil müəssisəsidir.

Kaspi Liseyinin Bakı şəhərində hazırda 3 məktəbi fəaliyyət göstərir. Bakıxanov qəsəbəsində fəaliyyət göstərən məktəb 2014-cü ildə, Ağ Şəhərdə yerləşən məktəb isə 2015-ci ildə fəaliyyətə başlayıb. Kaspi Liseyi Bakıxanovda tədris Azərbaycan və ingilis (yalnız məktəbəqədər və ibtidai siniflər üzrə) dillərində, Kaspi Liseyi Ağ Şəhərdə isə tədris Azərbaycan, rus və ingilis (yalnız məktəbəqədər və 1-ci sinif üzrə) dillərində aparılır.

Kaspi Liseyi Bakıxanov və Kaspi Liseyi Ağ Şəhərdə ingilis bölməsi üzrə tədris Kembric beynəlxalq proqramı əsasında həyata keçirilir. Lisey 2023-cü ildən etibarən Kembric Beynəlxalq məktəbinin rəsmi lisenziyalı nümayəndəsi kimi fəaliyyət göstərir.

Kaspi Beynəlxalq Məktəbi - Kaspi İnternational School 2018-ci ildən fəaliyyətə başlayıb. Məktəbdə tədris Beynəlxalq Bakalavriat (İB) Proqramı əsasında aparılır və tədrisə yerli, həmçinin xarici müəllimlər cəlb edilib.

Kataloqda liseyin Uğurları yer alıb. Hər il məktəblərə qəbul imtahanlarında100 faizlik nəticə, yerli və beynəlxalq müsabiqələrdə qazanılan qızıl medallar, Buraxılış imtahanları üzrə özəl məktəblər arasında 1-c yer, məzunlar arasında qızıl medalçılar və Prezident təqaüdçülərinin uğurları qeyd olunub.  Beynəlxalq və yerli olimpiadalarda qazanılan 100-dən çox medal, beynəlxalq təcrübəyə əsaslanan və daim yenilənən Kurikulum proqramı, SAT /YÖS/, TOEFL /İELTS kimi beynəlxalq imtahanlar, Beynəlxalq sertifikatlı peşəkar pedaqoji heyət haqqında məlumatlar verilir.

Nəşrdə dünya ölkələrində təhsil alan məzunlardan söhbət açılır. Avropada təhsil alanlar (80), Azərbaycanda (202), olimpiadalarda qazanılan medallar (217), beynəlxalq sertifikatlı müəllimlər (208) haqqında məlumat qeyd olunub.

Kataloqda həmçinin Qəbul prosesindən tutmuş imtahan, müsahibə, sənədlərin təqdimi, müqavilə, dərsə başlama, Elm və Təhsil Nazirliyinin şagird yerdəyişmə prosesi haqqında məlumatlar video izah formasında yer alıb.

Ümumi yeniliklər bölməsində yeni tədris metodları - “Qlobal Perspective”, “Liderlik və menecment” fənnlərinin tədrisi ilə bağlı videolar, Raz Kids  və Tynker qlobal platforması haqqında video izahlar yerləşdirilib.

Nəşrdə liseyin dərs saatları haqda məlumat verilir, məktəb binaları və infrastruktur: laboratoriyalar, kitabxanalar, oyun meydançaları, tibb otağı, kompüter otağı, robotika otağı, akt zalı, yeməkxananın şəkilləri yer alıb.

Kataloqda Kaspi Liseyində Təhlükəsiz və dəstəkləyici tədris mühiti; Şagirdlərə təqaüdlə təhsil imkanı; Yerli və beynəlxalq universitetlərin imtahanlarına hazırlığın təşkili; İngilis dilinin xüsusi tədrisi əsasında PET, KET, Flayers və Movers imtahanlarının təşkili; STEMART STEAM Akademiyası tərəfindən proqramlaşdırma və kodlaşdırma dili daxil olmaqla İnformatika fənninin beynəlxalq təcrübə, STEAM dərslərinin isə VEX Robotika kurikulumu əsasında tədrisi; Beynəlxalq və Respublika fənn müsabiqə və layihə olimpiadalarına hazırlığın təşkili, Daim yenilənən kurikulum, Elektron idarəetmə sistemi ilə şagirdlərin izlənməsi kimi proseslər nəşrin ÖZƏLLİKLƏR səhifəsində yer alıb.

İzləyicilər Məktəbə səyahət bölməsində liseylərdəki klublar: Robotika, Şahmat,

Proqramlaşdırma, idman, təsviri incəsənət, musiqi, rəqs, dram klublarının fəaliyyəti ilə tanış ola bilərlər.  

Sosial fəaliyyətlər bölümündə – ekskursiyalar,  liseyin qonaqları, yazıçılarla görüş, müsabiqələr, valideynlərlə iş, tədbirlər haqqında məlumatlar qeyd olunub.

2023-24-cü il üzrə Buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlərin bəzilərinin  şəkli də kataloqda yer alıb. Nəşrdə həmçinin Prezident təqaüdçüsü və medalçıların fotoları var.

Nəşr ümumilikdə Kaspi liseylərinin fəaliyyəti haqqında məlumat əldə etmək istəyənlər üçün mükəmməl vəsaitdir.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız