Kaspi Təhsil Şirkəti bütün azərbaycanlıları İlaxır çərşənbə münasibətilə təbrik edir!
Bu gün Novruz bayramının sonuncu – İlaxır Çərşənbəsidir. Bu çərşənbə torpağın və özündən əvvəlki 3 mühüm ünsürün - Su, Od və Yelin oyanması, əkinçilik həyatının başlanmasına işarədir. Novruz bayramına qədər qeyd olunan çərşənbələrdə hamı bir-biri ilə bayramlaşır, evlərdə plov bişirilir, bayram süfrəsi açılır, tonqal qalanır, səməni cücərdilir. Hər kəs müqəddəs çərşənbələri yüksək əhval-ruhiyyə ilə qarşılayır.
İlaxır çərşənbəyə “Torpaq” çərşənbəsi də deyilir. Sonuncu çərşənbədə Torpaq xüsusilə fərqlənir. İlaxır çərşənbə artıq yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. Təbiət oyanır, bütün ətraf-aləm canlanır. Torpağın müqəddəsliyi həm də vətən, yurd, el-oba anlayışı ilə də bağlıdır.
İlaxır çərşənbənin özünəməxsus adət-ənənələri, ayinləri, oyunları var. İlaxır çərşənbə bir çox bölgələrdə, hətta Novruz bayramından da çox təmtəraqla qeyd olunur.
İndi işğaldan azad olan torpaqlarımızda da Novruz çərşənbələri qeyd olunur. Tonqallar qalanır, insanların üzü gülür.
Ölkəmizdə həmişə bayram məqsədli tonqallar qalansın! Azərbaycanımızın hər yerində insanlar bayramı yüksək əhval-ruhiyyə, könül xoşluğu ilə qeyd etsinlər!
İlaxır Çərşənbəniz mübarək!
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.