Yalnız istifadəçilər deyil, yaradıcılar olmaq üçün
17 Март 2025
Yalnız istifadəçilər deyil, yaradıcılar olmaq üçün
Yalnız istifadəçilər deyil, yaradıcılar olmaq üçün
Kaspi Ağ Şəhər liseyinin şagirdləri son iki həftə ərzində süni intellektin (SI) nə olduğunu, necə işlədiyini və gündəlik həyatda necə tətbiq edildiyini öyrəndilər. Bu müddət ərzində şagirdlər:
-Süni intellekt anlayışını – Sİ-nin necə düşündüyünü və insan beyni ilə fərqlərini anladılar;
-Prompt nədir? – Süni intellektlə düzgün ünsiyyət qurmaq üçün effektiv suallar verməyi öyrəndilər;
-Sİ-nin işləmə prinsipləri – Məlumatların emalı və maşın öyrənməsi haqqında məlumat əldə etdilər;
-Maraqlı faktlar və real tətbiqlər – Süni intellektin tibbdən oyunlara qədər müxtəlif sahələrdə necə istifadə edildiyini kəşf etdilər;
-Praktik təcrübələr – Sİ alətlərini sınayaraq öz suallarına cavablar tapdılar və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirdilər;
“Bu həftələrin məqsədi şagirdlərin süni intellektin imkanlarını və məhdudiyyətlərini dərk etməsi, texnologiyanın yalnız istifadəçiləri deyil, yaradıcıları olmaları üçün onları ruhlandırmaq idi”- deyə liseydən verilən məlumatda qeyd edilir.
kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.