Tədbir şagirdlərin həm praktiki bacarıqlarını, həm də təqdimat və izahetmə vərdişlərini inkişaf etdirməyə imkan yaradıb.
- Главная страница
- Новости и события
- Tədbir şagirdlərin həm praktiki bacarıqlarını, həm də təqdimat və izahetmə vərdişlərini inkişaf etdirməyə imkan yaradıb.
- 15 Декабрь 2025
Tədbir şagirdlərin həm praktiki bacarıqlarını, həm də təqdimat və izahetmə vərdişlərini inkişaf etdirməyə imkan yaradıb.
Tədbir şagirdlərin həm praktiki bacarıqlarını, həm də təqdimat və izahetmə vərdişlərini inkişaf etdirməyə imkan yaradıb.
Kaspi Ağ Şəhər liseyinin İbtidai korpusunda şagirdlərin iştirakı ilə “İki Nəsil - Bir Dad” adlı kulinariya yarışı keçirilib.
Liseydən Kaspiliseyi-az-a verilən məlumata görə, layihə şagirdlərin sağlam qidalanma haqqında biliklərini artırmaq, mətbəx proseslərinə marağını gücləndirmək və komanda şəklində birgə fəaliyyət bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyıb: “Tədbir çərçivəsində komandalar müxtəlif mövzular üzrə salatlar və şirniyyatlar hazırladılar. Şagirdlər mətbəx mədəniyyəti, inqrediyentlərin düzgün seçilməsi, dekorativ təqdimat və yaradıcı yanaşma kimi bacarıqlarını nümayiş etdirdilər. Hazırlanan işlər mövzuya uyğunluq, tərkib harmoniyası və estetik təqdimat baxımından münsiflərə təqdim olundu”.
Yarış boyu şagirdlər istifadə etdikləri məhsullar haqqında məlumat verib və seçdikləri reseptlərin hazırlanma mərhələlərini izah ediblər. Bu, onların həm praktiki bacarıqlarını, həm də təqdimat və izahetmə vərdişlərini inkişaf etdirməyə imkan yaradıb. “İki Nəsil - Bir Dad” layihəsi şagirdlərin yaradıcılıq imkanlarının üzə çıxarılması və sağlam qidalanma vərdişlərinin təşviqi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Tədbirin sonunda iştirakçılara kulinariya layihəsində fəal iştiraklarına görə təşəkkür sertifikatları təqdim olunub.
Kaspiliseyi.az

