Yarış Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunub
15 Декабрь 2025
Yarış Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunub
Yarış Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunub
Kaspi Bakıxanov liseyinin şagirdləri Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunmuş dərəcə təsnifat turnirində uğurla çıxış ediblər.
Kaspiliseyi.az-a verilən məlumata görə, 12-14 dekabr tarixlərində keçirilən turnirdə liseyin 8-ci sinif şagirdi Yusif Vəliyev 4-cü dərəcə üzrə keçirilən yarışda 9 oyundan 8 xal toplayaraq II yerə layiq görülüb. 8-ci sinif şagirdi İbrahim Əliyev isə 3-cü dərəcə üzrə 9 oyundan 7 xal toplayaraq III yeri tutub və müvafiq dərəcə normasını yerinə yetirib. Həmçinin D1 sinif şagirdi Əbülfəz Abdüləliyev 4-cü dərəcə uğrunda keçirilən yarışda 9 oyundan 5,5 xal toplayaraq dərəcə normasını uğurla yerinə yetirib.
Şagirdlərimizi təbrik edirik!
Kaspiliseyi.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.