6-cılar üçün “Qlobal Perspektiv” dərsində xüsusi bir tədbir təşkil edilib.

6-cılar üçün “Qlobal Perspektiv” dərsində xüsusi bir tədbir təşkil edilib.

6-cılar üçün “Qlobal Perspektiv” dərsində xüsusi bir tədbir təşkil edilib.

6-cılar üçün “Qlobal Perspektiv” dərsində xüsusi bir tədbir təşkil edilib.

Kaspi Ağ Şəhər liseyində 6-cı sinif şagirdləri üçün “Qlobal Perspektiv” dərsində xüsusi bir tədbir təşkil edilib.

Şagirdlər üçün bu dərs “Sağlam seçimlər etmək” mövzusunun tədqiqat mərhələsini başa vurduqdan sonra mövzunu daha yaxşı anlamaları üçün həyata keçirilib. Dərs uşaqların keçmişdəki yaşam tərzini bu günlə müqayisə etmək üçün həyata keçirilib.

“Bu məqsədlə sinifdə Xətai Teymurzadənin babası Əbülfət müəllim və Mədinə Əlizadənin nənəsi Fəxriyyə xanım qonaq oldu. Onlar öz uşaqlıq illəri, o dövrün oyunları, məktəb həyatı və gündəlik vərdişləri haqqında şagirdlərlə səmimi söhbət etdilər.

Şagirdlər qonaqlara maraqlı və düşündürücü suallar verdilər. Bu suallar sayəsində həm keçmişlə bu gün arasındakı fərqləri gördülər, həm də sağlam həyat tərzinin zamanla necə dəyişdiyini anladılar”- deyə Liseyin məlumatında qeyd edilir.

Görüş dərs prosesinə xüsusi rəng qataraq şagirdlər üçün həm faydalı, həm də xoş bir təcrübə olub. Liseyin məlumatında qeyd edilir ki, belə tədbirlər uşaqların araşdırma bacarıqlarını inkişaf etdirir və onları daha geniş düşünməyə təşviq edir.

Kaspiliseyi.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты