Xocalı soyqırımı - bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir

 Xocalı soyqırımı - bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir

 Xocalı soyqırımı - bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir

 Xocalı soyqırımı - bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir

“Xocalı soyqırımından 33 il ötür. Artıq Xocalının qisası alındı, Xocalı sakinləri öz doğma yurd yuvalarına qovuşdu. Biz məğrur, kədərə boyun əyməyən, qürurlu bir xalqıq. Bu gün vətən oğullarının bizə yaşatdığı qürurla sevinirik. Lakin Xocalı soyqırımını heç bir zaman unutmayacağıq”.

Kaspi Bakıxanov liseyində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan tədbirdə səslənən bu fikirlər məktəbin şagirdləri üçün yaddaş dərsinə çevrilib.

Tədbirdə Vətənimizin azadlığı uğrunda şəhid olan və Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Azərbaycanın Dövlət Himni səslənib.

Liseyin Sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyevanın verdiyi məlumata görə, məktəbin direktoru Cahid Hüseynov çıxış edərək bildirib ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir: “Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir”.

Tədbirin qonağı, “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin sədr müavini Ayna Allahyarqızı: “Şükür ki, bu gün Ali Baş Komandan İlham Əliyevin səyi, igid oğullarımızın qəhrəmanlığı nəticəsində Xocalı artıq bizimdir. Biz artıq vətəndə vətənsiz deyilik”- deyə çıxışında qeyd edib.

“Bir xalq olaraq sevincimizin, qürurumuzun əbədi olması üçün yaşadığımız acıları ağlımızdan silməməli, azadlığın necə çətinliklə əldə olunduğunu unutmamalıyıq”- deyə tədbirdə səslənib.

Tədbirdə liseyin 5-8-ci sinifləri arasında keçirilən “Qiyamətə qalmayan qisas” adlı esse müsabiqəsinin qalibi, 8-ci sinif şagirdi Gülay Allahverdiyeva yazdığı esseni oxuyub. Daha sonra şagirdlərin təqdimatında xor, kompozisiya ifaları, səhnəcik və rəqslər təqdim olunub.

kaspi.edu.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты