Toğrul Əzizovla Candan Talıbovanın rəsm əsərləri müsabiqədənin ən yaxşı 40 əsəri sırasında
29 Декабрь 2024
Toğrul Əzizovla Candan Talıbovanın rəsm əsərləri müsabiqədənin ən yaxşı 40 əsəri sırasında
Toğrul Əzizovla Candan Talıbovanın rəsm əsərləri müsabiqənin ən yaxşı 40 əsəri sırasında
Toyota Abşeron Mərkəzi (TAB) “Arzularımın maşını” adlı beynəlxalq rəsm müsabiqəsi keçirib. Mövzusu gələcəyin maşını və təbiətin qorunması ilə bağlı olan müsabiqəyə uşaqlar maraqlı əsərlər təqdim ediblər. Sərgidə 40 əsər nümayiş olunub. Bununla yanaşı şagirdlərin vaxtlarını səmərəli keçirmələri məqsədilə bir sıra animatorlar izlənilib.
Liseydən verilən məlumatda bildirilir ki, Kaspi Ağ Şəhər liseyinin şagirləri də müsabiqədə fəal iştirak ediblər: “Şagirlərimiz arasından Toğrul Əzizov və Candan Talıbovanın çəkdikləri rəsm əsərləri müsabiqədə ən yaxşı 40 əsər sırasında Toyota Abşeron Mərkəzində sərgiyə daxil edilib. Şagirdlərimizin özləri ilə birgə valideynləri də sərgiyə dəvət olunublar”.
Sərgidə TAB-ın rəhbərləri şagirlərə uğurlar arzulayıblar. Sonda fərqlənən şəxslərə Toyota Azərbaycan nümayəndəliyinin hədiyyələri və beynəlxalq diplomları təqdim edilib.
kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.