Tədbir çərçivəsində həmçinin polis peşəsinin əhəmiyyəti barədə geniş məlumat verilib

Xətai Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümov və şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı İdris Məhərrəmov Kaspi Ağ Şəhər Litseyinin qonağı olublar. Görüş zamanı onlar şagirdlərlə narkomaniyaya qarşı mübarizə və Polis Akademiyası haqqında maarifləndirici söhbət aparıblar.

kaspi.edu.az xəbər verir ki, tədbir çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyəti, narkotiklərin cəmiyyətə və fərdlərə vurduğu zərər, həmçinin polis peşəsinin əhəmiyyəti barədə geniş məlumat verilib. Şagirdlər mövzu ilə bağlı suallarını verərək, hüquq-mühafizə orqanlarının işi və polis peşəsi haqqında daha ətraflı məlumat əldə ediblər.

“Bu cür maarifləndirici görüşlər gənc nəsildə hüquq-mühafizə orqanlarına hörmət hissini artırmaqla yanaşı, onların gələcək peşə seçimlərinə də müsbət təsir göstərir”- deyə liseydən verilən məlumatda bildirilir.

Görüşdə liseyin direktoru Həsən Həsənov da iştirak edib.

kaspi.edu.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты