Seminarda bu suala cavab verilib

Seminarda bu suala cavab verilib

Seminarda bu suala cavab verilib

Seminarda bu suala cavab verilib

Kaspi Ağ Şəhər liseyində 7-10-cu sinif şagirdləri üçün “Riyaziyyatın həyatımızdakı rolu” adlı seminar baş tutub. Seminar Bakı Mühəndislik Universiteti Riyaziyyat-İnformatika müəllimliyi kafedrasının baş müəllimi, təlimçi Bəhman Məmmədov tərəfindən keçirilib. Seminarda riyaziyyatın maraqlı, əyləncəli tərəfləri, riyaziyyatçıların həyatında baş verən önəmli hadisələrin onların həyatını dəyişdirməsi məqamlarından danışılıb. Təlimçi həmçinin çalışmağın, məqsədyönlü olmağın, ətrafında baş verən hadisələri analiz edib düzgün nəticə çıxarmağın insan həyatında oynadığı roldan nümunələrlə bəhs edib. Şagirdlərin əylənərək düşünmələrinə şərait yaradılan seminarda təlimçi maraqlı suallarla şagirdlərin biliklərini sınayıb,  onlara müəllifi olduğu “Riyaziyyat olimpiada suallarının izahı” kitabını hədiyyə edib.

kaspi.edu.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты