Kaspi Ağ Şəhər liseyində “Analar - Super qəhrəmanlarımız” adlı tədbir keçirlib. 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir 8A, 8B və 8C siniflərinin birgə fəaliyyəti sayəsində ərsəyə gəlib. Şagirdlər tədbirdə aktyorluq qabiliyyətləri, rəqs ifaları ilə valideynlərini sevindiriblər. “Bu cür tədbirlər təkcə şagirdlərə valideynlərini sevmək və onlara hörmət etmək hissini aşılamır, həmçinin məktəblilərin gizli istedadlarını üzə çıxarır. Onlar sevməyi, qiymətləndirməyi və dəyər verməyi öyrənirlər”- deyə liseyin məlumatında bildirilir.
kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.