Şagirdlər Şəhidlər Xiyabanını və Xətai rayonunda yerləşən “Ana harayı” abidəsini ziyarət ediblər 

Şagirdlər Şəhidlər Xiyabanını və Xətai rayonunda yerləşən “Ana harayı” abidəsini ziyarət ediblər 

Şagirdlər Şəhidlər Xiyabanını və Xətai rayonunda yerləşən “Ana harayı” abidəsini ziyarət ediblər 

Şagirdlər Şəhidlər Xiyabanını və Xətai rayonunda yerləşən “Ana harayı” abidəsini ziyarət ediblər 

Xocalı faciəsindən 33 il ötür. Respublikanın hər yerində olduğu kimi Xocalı faciəsi qurbanları Kaspi Liseyində də anılıb.

kaspi.edu.az xəbər verir ki, Kaspi Ağ Şəhər Liseyində Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərə ermənilərin Azərbaycan torpaqlarında həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətindən, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən insanlığa sığmayan vəhşiliklərdən, günahsız insanların başına gətirilən müsibətlərdən danışılıb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə digər şəhidlərimizin qanı yerdə qalmadı. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha təsdiqlədi.

26 fevral- Xocalı soyqırımı ilə əlaqədar olaraq Kaspi Ağ Şəhər liseyinin şagirdləri Şəhidlər Xiyabanını və Xətai rayonunda yerləşən “Ana harayı” abidəsini ziyarət ediblər. 

Soyqırımı qurbanlarının xatirəsini anmaq üçün saat 12:00-də liseydə sükut elan olunub. Dərslərin 1-ci saatı Xocalı faciəsinin ildönümünə həsr edilib. Həmçinin məktəbin foyesində Xocalı Soyqırımına həsr olunan şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunub.

kaspi.edu .az

       

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты