Şagirdlər “Cəsarət sertifikatı” ilə təltif olunublar
10 Январь 2025
Şagirdlər “Cəsarət sertifikatı” ilə təltif olunublar
Şagirdlər “Cəsarət sertifikatı” ilə təltif olunublar
2-ci sinif şagirdləri diş klinikasına ekskursiya ediblər. DenSar diş klinikasına təşkil edilən ekskursiyada uşaqların dişləri müayinə olunub. Müayinə zamanı onlara ağız və diş gigiyenası haqqında ətraflı məlumat verilib, sağlam dişlərin qorunmasının əhəmiyyəti izah edilib.
Sonda şagirdlər göstərdikləri cəsarətə görə “Cəsarət sertifikatı” ilə təltif olunublar. “Şagirdlərin bu ekskursiyada həm əyləndikləri, həm də çox şey öyrəndikləri açıq şəkildə görünürdü”- deyə liseydən bildirilib: “Bu dəyərli təcrübəni bizə bəxş etdiyinə görə DenSar diş klinikasının rəhbəri həkim Fuad Xudiyevə dərin təşəkkürümüzü bildiririk!”
kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.