Şagirdlər arasında sağlam rəqabət və əməkdaşlıq mühitini gücləndirmək
03 Март 2025
Şagirdlər arasında sağlam rəqabət və əməkdaşlıq mühitini gücləndirmək
Şagirdlər arasında sağlam rəqabət və əməkdaşlıq mühitini gücləndirmək
Kaspi Ağ Şəhər Liseyinin İbtidai korpusunda II sinif rus bölməsi şagirdləri arasında “Nə? Harada? Nə zaman?” - bilik yarışı keçirilib.
Liseydən verilən məlumata görə, viktorinanın keçirilməsində əsas məqsəd şagirdlərin müxtəlif mövzularda bilik və bacarıqlarını inkişaf etdirmək, onların intellektual səviyyəsini artırmaq və təhsillərinə olan maraqlarını gücləndirməkdir.
Yarışda şagirdlər müxtəlif suallara cavab verərək həm fərdi, həm də qrup şəklində biliklərini nümayiş etdiriblər. ”Bu tədbir şagirdlər arasında sağlam rəqabət və əməkdaşlıq mühiti yaratmaqla yanaşı, onların məktəbə qarşı maraqlarını və məsuliyyət hisslərini də gücləndirdi. Belə intellektual yarışmaların keçirilməsi, həmçinin uşaqların əylənərək öyrənmələrinə şərait yaradır, onların düşünmə qabiliyyətlərini inkişaf etdirir və özünəinamlarını artırır”.
Qeyd edək ki, Kaspi Liseyinin bu cür tədbirləri təşkil etməsi, təhsilin keyfiyyətini artırmaq və şagirdlərin hərtərəfli inkişafını dəstəkləmək məqsədi daşıyır.
kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.