Şagird-valideyn-məktəb üçbucağının inkişafına dəstək
- Главная страница
- Новости и события
- Şagird-valideyn-məktəb üçbucağının inkişafına dəstək
- 10 Февраль 2025
Şagird-valideyn-məktəb üçbucağının inkişafına dəstək
Şagird-valideyn-məktəb üçbucağının inkişafına dəstək
Kaspi Ağ Şəhər liseyinin İbtidai korpusunda “İnkişafın rəngləri” adlı Master Class keçirilib. Məqsəd uşaqların təhsilində valideynin roluna diqqət çəkmək, şagird-valideyn-məktəb üçbucağının inkişafına valideynlərin töhfəsini dəyərləndirməkdir. “Valideynlər uşağın fiziki, emosional və psixoloji inkişafında əsas dayaqdırlar. Fəal, şən və inkişafa açıq valideyn uşağı üçün ən böyük motivasiya mənbəyidir”- deyə tədbirdə bildirilib. Qeyd edilib ki, uşaqların təhsili və inkişafında valideynlərin rolu danılmazdır: “Onların motivasiyasını artırmaq və daha uğurlu gələcək qurmaq üçün birlikdə çalışmaq, təşkil etdiyimiz sosial psixoloji görüşdə iştirakınız bizim üçün xoş olar. Sizin iştirakınız uşaqlarımıza müsbət təsir edəcək, onların motivasiyasını artıracaq və məktəb-valideyn əməkdaşlığını daha da gücləndirəcəkdir”.
Kaspi Liseyi valideynləri xüsusi fəaliyyətlərə qoşulmağa dəvət edir:
-EBRU-SU ÜZƏRİNDƏ RƏSM- Meditasiya təsiri yaradaraq, beyində rahatlama və sakitlik hissini artırır;
-ART TERAPİYA- Rəsm çəkərkən insan öz dünyasını yaradır və bu, sərbəstlik və azadlıq hissi gətirir;
-VOKAL- Bu terapiya səsin və musiqinin gücündən istifadə edərək insanın stressini azaltmaq, duyğularını ifadə etmək və daxili balansını bərpa etmək məqsədi daşıyır;
-RƏQS- Bu metod sənətin şəfaverici gücündən istifadə edərək insanların öz hisslərini ifadə etməsinə və emosional problemləri ilə işləməsinə kömək edir;
-YOQA- Yoqa həm bədənə, həm də beyinə müsbət təsir göstərən qədim bir təcrübədir. Yoqa nəfəs texnikaları və meditasiya vasitəsilə stress hormonlarının səviyyəsini azaldır, insanı daha sakit və rahat hiss etdirir;
-TEATR- Teatr insanın empatiya bacarığını artırır. Özünün hiss və duyğularını anlayıb qəbul etməkdə kömək edir. Özgüvənin artırılmasında faydalıdır;
-KULİNARİYA- Kulinariya sənəti yalnız yemək hazırlamaq deyil, eyni zamanda yaradıcılıq və zövq alma prosesidir. Mətbəxdə vaxt keçirmək həm rahatladıcı, həm də ilhamverici ola bilər;
-VİTRAJ- Şüşə üzərində rəsm terapiyası, insanların zərif və mürəkkəb işləri seyr edərək ruhi və emosional rahatlıq tapmasına kömək edir;
-MANDALA TERAPİ- Mandala, simmetrik və müxtəlif naxışlardan ibarət olan bir şəkil və ya dizayndır ki, bu, öz mərkəzindən başlayaraq genişlənən bir struktura malikdir;
-NEYROQRAFİKA- beynin potensialını və daxili dünyanı ifadə etməyə yönəlmiş rəsm texnikasıdır. Bu proses şüuraltı düşüncələri vizual şəkildə ifadə etməyə və daxili balans yaratmağa kömək edir.
kaspi.edu.az