SAF 2025-də liseyin bir komandası Qızıl, iki komandası Gümüş və bir komandası Bürünc medal qazanıb.
08 Декабрь 2025
SAF 2025-də liseyin bir komandası Qızıl, iki komandası Gümüş və bir komandası Bürünc medal qazanıb.
SAF 2025-də liseyin bir komandası Qızıl, iki komandası Gümüş və bir komandası Bürünc medal qazanıb.
Kaspi Bakıxanov liseyində SAF 2025 yarışlarının medalçıları və Kembric bölməsinin şagirdləri ilə xüsusi görüş keçirilib.
Liseyin Sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyevanın kaspiliseyi.az.-a verdiyi məlumatda bildirilir ki, görüşdə Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, Baş icraçı direktor Elşən Əliyev, liseylər üzrə rəhbər Sahil Əliyev və liseylər üzrə akademik kurator Namik Cümşüdov iştirak ediblər: “Rəhbərlik şagirdlərin göstərdiyi yüksək nəticələri təqdir edərək onları səmimi şəkildə təbrik edib və gələcək təhsil həyatlarında uğurlar arzulayıb. Müsabiqə nəticələri vurğulanaraq qeyd edilib ki, liseyin bir komandası Qızıl, iki komandası Gümüş və bir komandası Bürünc medal qazanıb. Eyni zamanda, Kembric bölməsinin 3 şagirdi Kembric Beynəlxalq Məktəbləri imtahanında dünya ortalamasında yüksək nəticə əldə ediblər”.
Tədbir zamanı şagirdlərin beynəlxalq yarışlara hazırlıq prosesi, liseyin tədris yanaşması və akademik dəstəyi barədə müzakirələr aparılıb. Şagirdlərə motivasiya məqsədilə xüsusi seçilmiş kitablar hədiyyə olunub.
Görüşdə xatirə fotosu çəkilib.
Kaspiliseyi.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.