Ekskursiya şagirdlərin gələcək ixtisas seçimləri barədə daha şüurlu düşünməyə təşviq edib
- Главная страница
- Новости и события
- Ekskursiya şagirdlərin gələcək ixtisas seçimləri barədə daha şüurlu düşünməyə təşviq edib
- 11 Декабрь 2025
Ekskursiya şagirdlərin gələcək ixtisas seçimləri barədə daha şüurlu düşünməyə təşviq edib
Ekskursiya şagirdlərin gələcək ixtisas seçimləri barədə daha şüurlu düşünməyə təşviq edib
Kaspi Ağ Şəhər Liseyinin Azərbaycan və Rus bölməsinin 8-ci sinif şagirdləri üçün Ali Neft Məktəbinə maarifləndirici ekskursiya təşkil edilib.
Liseydən Kaspiliseyi.az-a bildirilib ki, bu səfər şagirdlərin elmi-idraki inkişafını dəstəkləyən, onların mühəndislik, energetika və texnoloji sahələrə dair təsəvvürlərini genişləndirən mühüm təhsil layihəsi kimi dəyərləndirilə bilər: “Ekskursiya çərçivəsində şagirdlər universitetin akademik mühiti, tədris infrastrukturu və müasir laboratoriya şəraiti ilə yaxından tanış olublar. Xüsusilə kimya laboratoriyasında nümayiş etdirilən elmi təcrübələr şagirdlərdə fiziki-kimyəvi proseslərin mahiyyəti, maddələrin davranış qanunauyğunluqları və tətbiqi elmin sənaye ilə əlaqə mexanizmləri barədə daha sistemli təsəvvür yaradıb. Şagirdlər həmçinin neftin çıxarılması, emalı və müxtəlif sənaye istiqamətlərində istifadəsi ilə bağlı mühəndislik prosesləri haqqında məlumat alaraq Azərbaycanın enerji sektorunun strateji əhəmiyyətini daha dərindən dərk ediblər”.
Şagirdlərin universitetin zəngin kitabxana fondları ilə tanışlığı onların müstəqil araşdırma aparmaq bacarıqlarının formalaşmasına, elmi resurslarla işləmək vərdişlərinin inkişafına töhfə verib: “Bu mühitlə tanışlıq gələcəkdə onların ali təhsil mühiti ilə inteqrasiyasını asanlaşdıracaq mühüm akademik təcrübə rolunu oynayır”.
Ekskursiya həmçinin şagirdlərin peşəyönümü baxımından mühüm addım olaraq onları gələcək ixtisas seçimləri barədə daha şüurlu düşünməyə təşviq edib. Universitet həyatını real şəkildə müşahidə etmək yeniyetmələrdə elmi fəaliyyətə, texnoloji innovasiyalara və mühəndislik sahələrinə marağı əhəmiyyətli dərəcədə artırıb.
Ümumilikdə “Ali Neft Məktəbinə” təşkil edilən ekskursiya şagirdlərin bilik və dünyagörüşünün genişlənməsinə, elmi təfəkkürün inkişafına və peşəkar istiqamətlənmələrinin dəstəklənməsinə mühüm töhfə verib.
Kaspiliseyi.az

