Uu Öndər Heydər Əliyev: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”
- Главная страница
- Новости и события
- Uu Öndər Heydər Əliyev: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”
- 11 Декабрь 2025
Uu Öndər Heydər Əliyev: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”
Uu Öndər Heydər Əliyev: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”
Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Ulu öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunub.
Ulu Öndər Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə əsl dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Azərbaycanın mürəkkəb və taleyüklü tarixi dövründə dövlətə rəhbərliyinin ağır məsuliyyətini öz üzərinə götürmüş Heydər Əliyevin müstəqil dövlət təlimi və onun ayrılmaz tərkib hissəsi olan bu ideologiyanın həyata keçirilməsi müstəqil dövlətimizin bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir. Məhz Ulu Öndərin ikinci dəfə xilaskarlıq missiyası ilə hakimiyyətə dönüşündən sonra Azərbaycanda bütün atributlara malik güclü dövlətin formalaşması prosesinə start verilir. Məhz ulu öndərin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayır və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilir.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın ümummilli liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilib.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin məğrur və əzmkar fəaliyyəti ilə ölkəmizin müstəqilliyi daha da möhkəmləndi. Hazərda Azərbaycan tarixin ən qüdrətli dövrünü yaşayır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Milli Ordu quruculuğu yüksək zirvəsinə çatıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün davam edən zəfər savaşında Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində işğal altında saxladığı tarixi ərazilərimizi düşmən tapdağından azad edərək Ulu Öndərin vəsiyyətini həyata keçirdi.
Bu Qələbənin təməlində Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət, ölkə Prezidenti İlham Əliyevin iqtisadi yüksəlişə yönəlmiş dövlətçilik məfkurəsi, sarsılmaz siyasi iradəsi və ordu quruculuğuna sərf etdiyi uzaqgörən siyasəti dayanıb.
Hər il 12 dekabr tarixi Azərbaycan xalqı tərəfindən Ulu Öndər Heydər Əliyevin anım günü kimi ehtiramla yad edilir.
Kaspi Təhsil Şirkətinin müəssisələrində Ulu Öndərin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilir.
Kaspiliseyi.az

