Ziyarət Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibəti ilə həyata keçirilib
- Главная страница
- Новости и события
- Ziyarət Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibəti ilə həyata keçirilib
- 11 Декабрь 2025
Ziyarət Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibəti ilə həyata keçirilib
Ziyarət Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibəti ilə həyata keçirilib
Kaspi Ağ Şəhər Liseyinin Rus bölməsinin şagirdləri Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibətilə Fəxri Xiyabanı ziyarət ediblər. Şagirdlərin ziyarəti Liseyin direktoru Həsən Həsənov və Sosial fəaliyyətlər və məzunlarla iş üzrə rəhbər Elnur Əzizovun müşayiəti ilə həyata keçirilib. “Bu ziyarət təkcə milli tarixi yaddaşın qorunması baxımından deyil, həm də gənc nəslin dövlətçilik ideyaları, milli-mənəvi dəyərlər və vətəndaşlıq şüurunun formalaşması üçün mühüm elmi-pedoqoji əhəmiyyət daşıyır”- deyə liseyin məlumatında bildirilir.
Ziyarət zamanı şagirdlərə Ulu Öndərin Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişaf strategiyalarının qurulmasında oynadığı aparıcı rol, dövlət idarəetməsinin institusional əsaslarının formalaşdırılması, təhsil, təhlükəsizlik və humanitar sahələrdə reallaşdırdığı fundamental islahatlar barədə geniş və elmi əsaslandırılmış məlumat verilib: “Bu proses şagirdlərdə tarixi şəxsiyyətlərin idarəçilik fenomeni, milli ideologiyanın nəzəri çərçivələri və dövlətçilik institutlarının inkişaf dinamikası haqqında daha dərindən düşüncə tərzinin formalaşmasına şərait yaradıb. Ziyarət milli ideologiyanın elmi-nəzəri əsaslarının yeni nəslə ötürülməsi və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi baxımından xüsusi dəyərə malikdir”.
Mərasim çərçivəsində Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kaspi Liseyində həmçinin Ulu Öndərin xatirəsinə həsr olunan dərslər keçirilib. Şagirdlərə Ümummilli Liderin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Kaspiliseyi.az

