Nigar Qəhrəmanova kursa qatılan müəllimlərdən biri olub
05 Март 2025
Nigar Qəhrəmanova kursa qatılan müəllimlərdən biri olub
Nigar Qəhrəmanova kursa qatılan müəllimlərdən biri olub
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Təhsil və Reabilitasiya Mərkəzində “D” kateqoriyalı məşqçi kursları keçirilib. Nəzəri və praktiki hissələrdən ibarət olmaqla keçirilən kurslara 20-dən çox şəxs qatılıb.
AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə və Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov tərəfindən iştirakçılara “Kütləvi futbolda əsas prinsiplər”, “Məşq metodları”, “Məşqçi davranışları” və digər mövzulara dair örnəklər nümayiş etdirilib, onların müxtəlif prizmalardan geniş müzakirəsi aparılıb.
Kaspi Ağ Şəhər liseyinin fiziki-tərbiyə müəllimi Nigar Qəhrəmanova təlimlərdə iştirak edib. Müəllimimiz “D” kateqoriyalı məşqçilik seminarını uğurla başa vuraraq lisenziya qazanıb.
Liseyimiz adından Nigar Qəhrəmanovanı təbrik edir, daha böyük uğurlar arzulayırıq!
kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.