5 Mart - Bədən Tərbiyəsi Günü ilə əlaqədar olaraq Kaspi Ağ Şəhər liseyinin direktoru Həsən Həsənov liseyin Bədən tərbiyəsi müəllimləri ilə görüşüb. Direktor xüsusi günü onlarla qeyd edib, müəllimlərə fəaliyyətlərinə görə təşəkkür edib və bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.
H.Həsənov həmçinin Kaspi Ağ Şəhər liseyinin İbtidai korpusunun Bədən tərbiyəsi müəllimi Nigar Qəhrəmanovanı AFFA tərəfindən təşkil olunmuş “D” Lisenziyalı məşqçi kurslarını bitirməsi münasibətilə təbrik edib. Xatırladaq ki, N.Qəhrəmanova təlimlərdə “D” kateqoriyası üzrə lisenziya qazanıb.
Müəllimlərimizi Bədən Tərbiyəsi Günü münasibətilə təbrik edirik!
kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.