Liseylərin 5-ci sinifdən 8-ci sinfə qədər şagirdləri yarışıb
09 Декабрь 2025
Liseylərin 5-ci sinifdən 8-ci sinfə qədər şagirdləri yarışıb
Liseylərin 5-ci sinifdən 8-ci sinfə qədər şagirdləri yarışıb
Kaspi Bakıxanov liseyində Ağ Şəhər liseyi və Bakıxanov liseyinin şagirdləri arasında Təbiət, Kimya və Biologiya fənləri üzrə bilik yarışı keçirilib. Müsabiqədə liseylərin 5-ci sinifdən 8-ci sinfə qədər şagirdləri iştirak edib.
Kaspiliseyi.az-a verilən məlumata görə, gənc istedadlar təbiət elmləri sahəsindəki bilik və bacarıqlarını nümayiş etdirərək, gərgin və ədalətli mübarizə aparıblar: “Bu yarış həm elmə marağı artırmaq, həm də şagirdlərimizin tədqiqatçılıq ruhunu gücləndirmək üçün əla fürsət oldu”. Yarışın sonunda qalib komandalar medalla təltif ediliblər.
Bilik yarışında iştirak edən bütün şagirlərimizi təbrik edirik!
Kaspiliseyi.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.