Lisey komandaları yarışıblar

Lisey komandaları yarışıblar

Lisey komandaları yarışıblar

Lisey komandaları yarışıblar

Kaspi Ağ Şəhər və Bakıxanov liseylərinin 3-cü sinifləri arasında ”Ordan Burdan” adlı bilik yarışının final mərhələsi keçirilib. 6 turdan ibarət olan final mərhələsində “Uğur” və “Zəkalar” komandası yarışıb.

Bakıxanov liseyinin Sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyevanın verdiyi məlumata görə, “Uğur” komandası yarışın qalibi olub. “Bilik yarışına rəng qatmaq və yoldaşlarını ruhlandırmaq üçün şagirdlər öz bacarıqlarını da nümayiş etdiriblər. Çıxışlar xor, rəqs, piano ifası, əyləncəli rəsm və fokus nömrələrindən ibarət idi. Yarış şagirdlərdə marağa və rəqabətə səbəb oldu”.

Sonda iştirakçılara hədiyyələr verilib. Qalib komanda isə medalla mükafatlandırılıb.

kaspi.edu.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты