İki kateqoriyada Birincilik!

İki kateqoriyada Birincilik!

İki kateqoriyada Birincilik!

İki kateqoriyada Birincilik!

Kaspi International School-un ev sahibliyi ilə “Destination Imagination Azərbaycan Turniri”  keçirilib. 26-27 aprel 2025-ci il tarixlərində

STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) sahələrini birləşdirən bu beynəlxalq yaradıcılıq turniri şagirdlərə innovativ düşüncə və komanda işində öz bacarıqlarını nümayiş etdirmək imkanı verdi.

“Turnirin ilk günü Kaspi International School-da şagirdlər müxtəlif kateqoriyalar üzrə layihələrini münsiflər heyətinə təqdim etdilər. Yarışla yanaşı, iştirakçılar üçün VR oyunları, face art (üz boyama) kimi əyləncəli və interaktiv fəaliyyətlər də təşkil olundu. Bu tədbirlər turnirə daha çox rəng qataraq iştirakçıların motivasiyasını artırdı”-deyə kaspi.edu.az-a bildirilib.

27 apreldə isə tədbirin yekun mərasimi – mükafatlandırma mərasimi “Baku Castle” restoranında baş tutub. “Fəxr ediləsi haldır ki, Kaspi Bakıxanov liseyinin şagirdləri turnirdə iştirak etdikləri iki fərqli kateqoriya üzrə birincilik əldə etdilər”- deyə liseyin məlumatında qeyd edilib.

“Bu kimi yarışlar şagirdlər üçün yalnız intellektual yarış deyil, həm də liderlik, problem həlletmə, yaradıcı düşüncə və ictimai təqdimat bacarıqlarını inkişaf etdirmək üçün unikal fürsət yaradır. Gənc nəslin bu cür layihələrə cəlb olunması onların gələcək karyera və təhsil həyatına böyük töhfə verir”.

Kaspi Təhsil Şirkətinin rəhbərliyi yarışda uğur qazanan liseyin bütün şagirdlərini və onlara dəstək olan müəllimləri təbrik edir, göstərdikləri əziyyət və fədakarlığa görə dərin təşəkkürünu bildirir!

kaspi.edu.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты